Rumıniyalı nazir Ermənistana səfər edəcək

Rumıniyalı nazir Ermənistana səfər edəcək

Hazırda oxunan: Rumıniyalı nazir Ermənistana səfər edəcək

607570

Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu yaxın zamanda Ermənistana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan Oana-Silvia Toiu ilə telefon danışığının yekunlarına dair "X" sosial şəbəkəsində məlumat yayıb.

"Rumıniyalı həmkarımla telefon danışığında biz Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş təşəbbüsləri, eləcə də ikitərəfli gündəliyimizin genişləndirilməsini müzakirə etdik. Hər ikimiz iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xüsusi əhəmiyyət veririk. Yaxın zamanda sizi İrəvanda salamlamaq imkanını səbirsizliklə gözləyirəm", - Mirzoyanın paylaşımında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO