İran-ABŞ danışıqlarında MÜHÜM İRƏLİLƏYİŞ – “Razılaşma əldə oluna bilər”

İran-ABŞ danışıqlarında MÜHÜM İRƏLİLƏYİŞ – “Razılaşma əldə oluna bilər”

Hazırda oxunan: İran-ABŞ danışıqlarında MÜHÜM İRƏLİLƏYİŞ – “Razılaşma əldə oluna bilər”
607522
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran və ABŞ müvəqqəti razılaşma əldə etməyə doğru irəliləyiş əldə ediblər.

Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, tərəflər mümkün qarşıdurmanın yenidən alovlanmasının qarşısını almaq məqsədilə diqqəti aralıq (müvəqqəti) razılaşmaya yönəldiblər.

Bildirilib ki, İslamabadda keçirilən danışıqlar İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları səbəbindən nəticəsiz qalıb.

Yüksək zənginləşdirilmiş uran və məhdudiyyətlərin müddəti hələ də həll olunmamış əsas məsələlər olaraq qalır.

Məlumata əsasən, İran dondurulmuş vəsaitlərinin açılması müqabilində Hörmüz boğazı vasitəsilə gəmiçiliyin artırılmasını nəzərdə tutan memorandum imzalamaqda maraqlıdır.

Tərəflər risklərin azaldılması üçün əlavə tədbirləri də müzakirə edirlər.

Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub.

Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO