Almaniyada yaşayan türklərin sayı AÇIQLANDI

Almaniyada yaşayan türklərin sayı AÇIQLANDI

Hazırda oxunan: Almaniyada yaşayan türklərin sayı AÇIQLANDI

607036

Almaniyada 2025-ci ildə miqrasiya mənşəli sakinlərin sayı təxminən 21,8 milyon nəfərə çatıb. Bu isə ümumi əhalinin 26,3%-ni təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Deutsche Welle" nəşri yayıb.

Qeyd olunur ki, miqrasiya mənşəli şəxslər dedikdə, Almaniyaya köçən birinci nəsil immiqrantlar, eləcə də hər iki valideyni 1950-ci ildən sonra ölkəyə gəlmiş şəxslər nəzərdə tutulur.

Statistikaya əsasən, Almaniyada miqrasiya mənşəli olmayan əhalinin sayı 56,8 milyon nəfərdir ki, bu da ümumi əhalinin təxminən 68,6%-nə bərabərdir.
 

2025-ci ildə ölkədə yaşayan 16,4 milyon immiqrantın 39%-i əsasən bir neçə ölkənin payına düşür. Belə ki, Polşa və Türkiyə hər biri 1,5 milyon nəfərlə ilk sıralarda yer alır. Onları Ukrayna (1,3 milyon), Rusiya (1 milyon) və Suriya (1 milyon) izləyir.


Mütəxəssislər hesab edir ki, bu göstəricilər Almaniyada miqrasiya proseslərinin artan dinamizmini və ölkənin çoxmillətli cəmiyyətə çevrilməkdə davam etdiyini bir daha nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO