Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Hazırda oxunan: Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi
606731
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Hofman "Mossad" kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanası məlumat yayıb.
 

Aprelin 12-də R.Hofmanın namizədliyi yüksək vəzifələrə təyinatlar üzrə məsləhət komitəsi tərəfindən təsdiqlənib. Bundan sonra Netanyahu onun "Mossad" rəhbəri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Hofman 2026-cı il iyunun 2-dən vəzifəsinin icrasına başlayacaq.


Qeyd olunub ki, Netanyahu bu təyinat barədə 2025-ci ilin dekabrında məlumat verib və müxtəlif namizədlərlə keçirilən müsahibələrdən sonra Hofmanı "ən layiqli və uyğun namizəd" hesab edib.

O bu vəzifədə səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatan David Barneanı əvəz edəcək.

Roman Hofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb.

1995-ci ildə tank qoşunlarında xidmətə başlayıb, daha sonra zabit kurslarını bitirib və müxtəlif hərbi bölmələrə, o cümlədən diviziyaya rəhbərlik edib.

2022-ci ildə Quru Qoşunlarının Milli Təlim Mərkəzinin rəhbəri, 2024-cü ilin mayında isə Netanyahunun hərbi katibi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO