Netanyahudan Trampa TELEFON ZƏNGİ

Netanyahudan Trampa TELEFON ZƏNGİ

Hazırda oxunan: Netanyahudan Trampa TELEFON ZƏNGİ
605417
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və onu vurulan təyyarədən pilotun xilas edilməsi münasibətilə təbrik edib. 

Bizim.Media xəbər verir ki, telefon zəngi ilə bağlı Netanyahu açıqlama yayıb.

“Təbrik edirəm, Prezident Tramp. Bütün israillilər Amerikanın cəsur hərbçilərinin igid amerikalı pilotu inanılmaz şəkildə xilas etməsinə sevinirlər.” 

Bu sitat Jerusalem Post-da və İsrail hökumətinin media paylaşımında yer alıb.
 

Netanyahunun sözlərinə görə, Tramp söhbət zamanı İsrailin göstərdiyi yardıma görə minnətdarlıq ifadə edib. Baş nazir əlavə edib ki, iki ölkə arasında döyüş meydanından kənardakı əməkdaşlıq “misli görünməmiş xarakter daşıyır” və məhz bu əməkdaşlıq amerikalı hərbçinin xilasına imkan verib. Reuters də aprelin 4-də amerikalı piltonun xilas olunması ilə bağlı məlumat yayaraq əməliyyatın ABŞ üçün böyük uğur kimi təqdim edildiyini yazıb.


Qeyd edək ki, ABŞ qüvvələri İranda vurulan F-15E təyyarəsinin uçuş heyətinin üzvlərindən birini yüksək riskli əməliyyatla xilas etmişdi. Reuters-in məlumatına görə, bu missiya İran ərazisinin dərinliklərində həyata keçirilib və Vaşinqton tərəfindən son illərin ən çətin xilasetmə əməliyyatlarından biri kimi dəyərləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO