
- A-
- A
- A+
G7 xarici işlər nazirləri Ukrayna ilə bağlı təcili toplantı keçirəcək – Zelenski də qatılacaq
Yeddilik Qrupunun (G7) xarici işlər nazirlərinin bu həftə Almaniyada fövqəladə toplantı keçirməsi planlaşdırılır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, G7 xarici işlər nazirlərinin görüşü Münhen Təhlükəsizlik Konfransı (MCB) çərçivəsində keçiriləcək.
Agentliyin hökumətdəki mənbələrinə görə, görüşün mövzusu Ukrayna ətrafındakı vəziyyət olmalıdır. Yaponiyadan isə xarici işlər naziri Yoşimasa Hayaşi görüşdə iştirak etməlidir.
Fevralın 18-20-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında 35-ə yaxın dövlət və hökumət başçısı iştirak edəcək. ABŞ-ı vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenin, Almaniya nümayəndə heyətinə isə kansler Olaf Şolzun rəhbərlik edəcəyi gözlənilir. Konfransa Ukrayna prezidenti Vladimir Zelenski də qatılacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































