"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Hazırda oxunan: "iPhone" işlədənlərə pis xəbər
603392
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Apple” şirkəti xidmətlərindən daha çox gəlir əldə etmək üçün yollar axtarmağa davam edir.

Bizim.Media xəbər verir ki, növbəti addım “Apple Maps” tətbiqində reklamların yerləşdirilməsi olacaq.

İstifadəçilər reklamları artıq yay aylarının əvvəlində görəcəklər, rəsmi elan isə mart ayında veriləcək.

Mexanizm “Google”un reklam sistemini xatırladacaq.

Biznes sahibləri “pizzaçı” və ya “avtoservis” kimi açar sözlər üzrə hərracda iştirak edə biləcəklər. Ən yüksək təklif verən şirkət axtarış nəticələrinin ən yuxarısında görünəcək və istifadəçi həmin obyektə keçidi birbaşa nəticələrdə görəcək.
 

Lakin bu, yeganə dəyişiklik deyil. “Apple” “App Store” daxilində də reklam imkanlarını genişləndirir.


Əvvəllər istifadəçi ekranın yuxarı hissəsində yalnız bir reklam görürdü, lakin indi axtarış nəticələrini sürüşdürərkən əlavə reklam blokları da görünəcək.

Şirkətdən bildirilib ki, yeni format ilk olaraq Böyük Britaniya və Yaponiyada istifadəyə veriləcək.

“Apple Ads”in mövcud olduğu digər bazarlarda isə martın sonuna qədər tətbiq olunacaq. Bununla belə, bu yenilik hər kəsi əhatə etməyəcək. Cihazda “iOS” və ya “iPadOS”un 26.2 və daha yeni versiyası quraşdırılmış olmalıdır. (News24.az )

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO