Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə gedəcək

Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə gedəcək

Hazırda oxunan: Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə gedəcək
59944
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə fevralın 14-15-də Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olacaq. 

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar günü, fevralın 13-də Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə idarəsindən informasiya verilib.

Məlumata görə, danışıqlar zamanı Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlərin inkişaf aspektləri hərtərəfli qiymətləndiriləcək, əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.

Gündəliyə ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək sazişlərin imzalanması da var.

Prezident Ərdoğan fevralın 15-də Dubayda keçiriləcək “World Expo 2020”də Türkiyənin sərgi sahəsinə baxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO