Yaxasını açdı, 1 milyon qazandı - Foto

Yaxasını açdı, 1 milyon qazandı - Foto

Hazırda oxunan: Yaxasını açdı, 1 milyon qazandı - Foto
597111
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı il Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında niderlandlı sürətli konkisürən Yutta Lirdam qadınların 1000 metr məsafəyə yarışında 1 dəqiqə 12,31 saniyə nəticə ilə qızıl medal qazanaraq, Olimpiya rekordu müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, altıqat dünya çempionu olan 27 yaşlı idmançı qələbədən sonra sevincini fərqli formada qeyd edib.

O, köynəyinin yaxasını açaraq, altındakı “Nike” loqolu geyimi nümayiş etdirib. Həmin görüntü qısa zamanda sosial şəbəkələrdə 6 milyondan çox baxış toplayıb.

Məlumata görə, bu paylaşımın ardınca idmançı sponsorluq müqaviləsi bağlayıb və 1 milyon dollardan çox gəlir əldə edib. “Nike” isə paylaşımında “Bu qədər sürətli olanda icazə istəməzsən” mesajını yayıb.

Yutta Lirdam qələbəsini “gerçəkləşən xəyal” adlandırıb:

“Bu, həqiqətən də, gerçəkləşən bir xəyaldır, inanılmazdır. Finiş xəttini keçdikdən sonra çox təəccübləndim, çox yorğun və çox emosional idim. Femke Kok, həqiqətən, yaxşı nəticə əldə etdiyi üçün bunun çətin olacağını bilirdim”. (Qafqazinfo.az)

Yaxasını açdı, 1 milyon qazandı - Foto - foto 1
Yaxasını açdı, 1 milyon qazandı - Foto - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO