Si Cinpin Çin ordusunun operativ komandanlığını öz üzərinə götürdü

Si Cinpin Çin ordusunun operativ komandanlığını öz üzərinə götürdü

Hazırda oxunan: Si Cinpin Çin ordusunun operativ komandanlığını öz üzərinə götürdü
592626
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin sədri Si Cinpin Çin Xalq Azadlıq Ordusunun operativ komandanlığını tam şəkildə öz əlində cəmləşdirib.

Bizim.Media "Financial Times"a istinadən bildirir ki, yüksəkrütbəli hərbi məmurlara qarşı aparılan bir sıra antikorrupsiya araşdırmalarından sonra Çinin Mərkəzi Hərbi Komitəsində (MHK) cəmi iki nəfər qalıb və onlardan biri də məhz Sidir.

Qeyd edilir ki, bu, ölkə ordusuna rəhbərlik edən orqan üçün misilsiz bir vəziyyətdir.
 

Daha əvvəl Çin Müdafiə Nazirliyi MHK sədrinin müavini Çjan Yusya və MHK-nın Birləşmiş Qərargahının rəisi Lyu Çjenli barəsində araşdırmaya başlanıldığını açıqlayıb. Nazirliyin bəyanatında bildirilir ki, məmurlar intizam və qanunun ciddi şəkildə pozulmasında şübhəli bilinirlər.


Rəsmi məlumatlara görə, 2025-ci il ərzində Çində regional nazirliklər səviyyəsində və ondan yuxarı vəzifələrdə çalışan 69 məmur korrupsiyaya görə məsuliyyətə cəlb edilib.

Ümumilikdə ötən il ərzində korrupsiya ilə bağlı bir milyondan çox iş araşdırılıb, 983 min nəfər məsuliyyətə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO