Tramp onu Davosda çıxış etməyə qoymadı

Tramp onu Davosda çıxış etməyə qoymadı

Hazırda oxunan: Tramp onu Davosda çıxış etməyə qoymadı
592410
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezident Administrasiyası Demokratlar Partiyasından 2028-ci il prezident seçkilərində potensial namizəd kimi göstərilən Kaliforniya qubernatoru Qevin Nyusomun İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (DİF) çıxış etməsinə qadağa qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə Nyusomun mətbuat xidməti məlumat yayıb.
 

Açıqlamada bildirilir ki, Ağ Ev və ABŞ Dövlət Departamentinin təzyiqi nəticəsində Nyusomun jurnalistlərlə ünsiyyətinə icazə verməkdən imtina edilib. Halbuki qubernator forumun rəsmi media tərəfdaşı olan Fortune jurnalı tərəfindən tədbirə dəvət olunmuşdu.


Nəşr Nyusomu müzakirələrə qatılmağa dəvət etdiyini təsdiqləsə də, sonradan “USA House”dan demokrat siyasətçinin iştirakının mümkün olmadığı barədə məlumat aldıqlarını açıqlayıb.

Qeyd edək ki, Qevin Nyusom 2019-cu ildən Kaliforniya ştatının qubernatoru vəzifəsini icra edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO