Mərkəzi Asiyadan ölkəmizə kütləvi TURİST AXINI

Mərkəzi Asiyadan ölkəmizə kütləvi TURİST AXINI

Hazırda oxunan: Mərkəzi Asiyadan ölkəmizə kütləvi TURİST AXINI
588452
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ilin yanvar-noyabr aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 202 033 turist gəlib.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,3 % (163 992 nəfər) çoxdur.

11 ay ərzində Qazaxıstandan 95 952 (illik artım 20,3 %), Özbəkistandan 56 752 (+38,6 %), Türkmənistandan 29 761 (-0,7 %), Qırğızıstandan 10 618 (+34,9 %), Tacikistandan 8 950 (+66,7 %) turist gəlib.

Ötən ilin noyabr ayında isə Azərbaycana səfər edən əcnəbilərin sayına görə TOP-10 ölkə arasında Qazaxıstan altıncı (8 148 nəfər, + 32,1 %), Özbəkistan isə onuncu yerdə (5 781 nəfər, +70 %) qərarlaşıb.

Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO