Zelenski sülh planında həll edilməmiş 2 bəndi açıqladı

Zelenski sülh planında həll edilməmiş 2 bəndi açıqladı

Hazırda oxunan: Zelenski sülh planında həll edilməmiş 2 bəndi açıqladı
588001
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla ötən gecə baş tutan danışıqlar zamanı 20 bənddən ibarət sülh planında razılaşdırılmamış məsələləri açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Yevropeyskaya Pravda” nəşri məlumat yayıb. 
 

“İki məsələ qalır. Bunlar, Zaporojye Atom Elektrik Stansiyasının necə fəaliyyət göstərəcəyi və ərazilərlə bağlı məsələlərdir. 20 bəndlik sənəddə razılaşdırılmamış qalan məhz bu iki müddəadır”, - Zelenski bildirib.


Qeyd edək ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Floridadakı Mar-a-Laqo iqamətgahında görüş keçirilib.

2 saat yarımdan çox davam edən görüşdən sonra təşkil edilən mətbuat konfransında Zelenski 20 bəndlik sülh planının artıq 90%-nin razılaşdırıldığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO