Putinin Şahbaz Şəriflə görüşə gecikməsinin səbəbi

Putinin Şahbaz Şəriflə görüşə gecikməsinin səbəbi

Hazırda oxunan: Putinin Şahbaz Şəriflə görüşə gecikməsinin səbəbi
585501
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də Aşqabadda keçirilən danışıqlar zamanı çox həssas mövzuları müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, bu cür mövzuların müzakirəsi zamanı vaxtın dəqiq tənzimlənməsi çətin olur. Onun sözlərinə görə, Türkmənistanda baş tutan görüş ümumilikdə təxminən 1,5 saat davam edib.

“Belə danışıqlarda adətən çox həssas mövzular müzakirə olunur və bu zaman vaxtı nəzarətdə saxlamaq olduqca çətindir”, – Peskov qeyd edib.

O əlavə edib ki, Putinin həmin gün daha sonra Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılıb və bu səbəbdən görüş qrafiki kifayət qədər sıx olub.

“Beləliklə, hər tərəfdən vaxt çatışmazlığı yaranır”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Pakistan Baş naziri Şahbaz Şərif Putini 40 dəqiqə gözlədikdən sonra protokolu pozaraq, Putinlə Ərdoğanın görüş keçirdiyi otağa daxil olmuşdu. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO