Məşq edərkən həyatını itirdi - VİDEO

Məşq edərkən həyatını itirdi - VİDEO

Hazırda oxunan: Məşq edərkən həyatını itirdi - VİDEO
584102
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliyada muzey rəhbəri idman zalında vəfat edib.

Bizim.Media xəbər verir ki, Braziliyanın mədəniyyət xadimi və muzey rəhbəri, 55 yaşlı Ronald José Salvador Montenegro dekabrın 1-də Olindadakı "RW Academia"da baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib.
 

O, "bench-press" məşqi zamanı avadanlığın əlindən sürüşməsi ilə yaralanıb və xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Hadisə polis tərəfindən araşdırılaraq təsadüfi qəza kimi qeydə alınıb. Montenegro Olindanın nəhəng kuklalar ənənəsini qoruyan Palácio dos Bonecos Gigantes mərkəzinin rəhbəri idi və şəhərin məşhur karnaval irsinin yaşadılmasında əsas fiqurlardan sayılırdı.


Mədəniyyət mərkəzi onu yaradıcı, fədakar və ənənələrin qorunmasına böyük töhfə verən şəxs kimi təsvir edərək 5 dekabradək fəaliyyətini dayandırıb. RW Academia da bəyanat yayaraq dərindən kədərləndiklərini və ailəyə dəstək göstərməyə hazır olduqlarını bildirib. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO