Kremldən açıqlama: “Putin vaxt gələndə NATO və ABŞ-a cavab verəcək”

Kremldən açıqlama: “Putin vaxt gələndə NATO və ABŞ-a cavab verəcək”

Hazırda oxunan: Kremldən açıqlama: “Putin vaxt gələndə NATO və ABŞ-a cavab verəcək”
57980
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik zəmanəti ilə bağlı Moskvanın təkliflərinə ABŞ və NATO-nun cavablarını lazım bildiyi zaman şərh edəcək.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, Kreml sözçüsü bununla bağlı sualı cavablandırıb:

"O, lazım bildiyi anda bunu edəcək. Mən sizə dəqiq tarixi deyə bilmərəm".

Xatırladaq ki, ötən il dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Vaşinqton və NATO-dan gözlədiyi təhlükəsizlik təminatlarına dair Rusiya sazişlərinin layihələrini dərc edib. 

ABŞ və alyans üzvləri ilə 2 saziş - NATO-nun şərqə doğru genişləndirilməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtinanı, habelə ciddi hücum  silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. 

Yanvarın 26-da ABŞ və NATO təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərə yazılı cavabları Rusiyaya təhvil verib.

Onların fikrincə, Qərb Rusiya üçün prinsipial güzəştə getməyib, lakin gələcək danışıqların istiqamətlərini müəyyən edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO