Ersin Tatar prezident seçkilərində qalib gələn rəqibini təbrik etdi

Ersin Tatar prezident seçkilərində qalib gələn rəqibini təbrik etdi

Hazırda oxunan: Ersin Tatar prezident seçkilərində qalib gələn rəqibini təbrik etdi
576162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimali Kipr Türk Respublikasının (ŞKTR) hazırkı prezidenti və bu posta yenidən namizəd olmuş Ersin Tatar keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə qalib gələn rəqibi Tufan Erhürmanı təbrik edib.

Bizim.Media xəbər verir ki, E. Tatar bu barədə BRT televiziyasına açıqlamasında danışıb.

O, seçkilərin demokratik şəraitdə keçdiyini bildirərək özünə səs verən vətəndaşlara təşəkkür edib.

"Tufan bəyi də təbrik edirəm", - ŞKTR Prezidenti deyib.

"Yeni hökumətin Kipr məsələsində necə bir yol izləyəcəyini hamılıqla görəcəyik", - E. Tatar bildirib.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb. O, adada federasiya qurulmasının tərəfdarı kimi tanınır. T. Erhürman seçkinin ilkin nəticələri bəlli olduqdan sonra partiya sədrliyindən istefa verdiyini açıqlayıb. O bu addımını "bütün Kipr xalqının prezidenti olacağı" ilə açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO