Trampdan Zelenski və Putinə ÇAĞIRIŞ – FOTO

Trampdan Zelenski və Putinə ÇAĞIRIŞ – FOTO

Hazırda oxunan: Trampdan Zelenski və Putinə ÇAĞIRIŞ – FOTO
575899
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşünü şərh edib.

Bizim.Media xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” platformasında paylaşım edib.
O, Ukrayna lideri ilə görüşünü “çox maraqlı və səmimi” adlandırıb.

Tramp bildirib ki, Zelenskiyə – eynilə daha əvvəl Rusiya prezidenti Vladimir Putinə etdiyi kimi – “döyüşləri dayandırmaq və razılığa gəlmək vaxtının çatdığını” deyib.

“Artıq kifayətdir — daha çox qan tökülməməlidir. Sərhədlər müharibə və qəhrəmanlıqla deyil, razılaşma ilə müəyyən olunmalıdır. Qoy hər iki tərəf dayandıqları yerdə qalsın, özlərini qalib elan etsin. Tarix kimin haqlı olduğunu özü göstərəcək.
 

Daha çox atəş, ölüm və ölçüyəgəlməz xərclər olmasın. Mən prezident olsaydım, bu müharibə heç başlamazdı. Hər həftə minlərlə insan ölür — bəsdir, evlərinizə, ailələrinizin yanına sülhlə qayıdın,” – deyə Tramp vurğulayıb.


Qeyd edək ki, dünən Ağ Evdə Tramp və Zelenski arasında görüş baş tutub. Tərəflər Ukrayna münaqişəsinin həlli və Kiyevə yardımlar barədə müzakirələr aparıblar.

Trampdan Zelenski və Putinə ÇAĞIRIŞ – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO