Türkiyə və Fransa İraqda sünniləri hakimiyyətə gətirir

Türkiyə və Fransa İraqda sünniləri hakimiyyətə gətirir

Hazırda oxunan: Türkiyə və Fransa İraqda sünniləri hakimiyyətə gətirir

57471
Fransa İŞİD təhlükəsi ilə üz-üzə qalan Türkiyəyə dəstək verib.

ANS PRESS-in məlumatına görə, Fransa prezidenti Fransua Ollandla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Telefon danışığında Suriya ilə Türkiyə sərhədində yerləşən Kobani şəhərinə İŞİD terror qruplaşması tərəfindən edilən hücum və kürd qaçqınların Türkiyədə məskunlaşması müzakirə edilib. 

Hər iki dövlət başçısı İŞİD terror qruplaşmasına və Bəşər Əsəd rejiminə qarşı mübarizədə daha çox yardıma ehtiyac olduğu barədə həmfikir olduğunu deyiblər. 

Fransua Olland Ərdoğanın Türkiyə ilə Suriya sərhədində bufer zonanın yaradılması təklifini dəstəklədiyini və bunun Türkiyənin təhlükəsizliyi üçün önəmli olduğunu bildirib. 

Fransa və Türkiyə prezidentlərinin müzakirəsində İraqda davamlı sülhün əldə olunması üçün sünni əhalinin nümayəndələrinin hakimiyyətə gəlməsi ilə reallaşa biləcəyini qeyd ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO