Ərdoğan Putini Türkiyəyə dəvət etdi

Hazırda oxunan: Ərdoğan Putini Türkiyəyə dəvət etdi

57328

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini Türkiyəyə səfərə dəvət etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə lideri NTV telekanalının efirində deyib.

"Biz cənab Putini ölkəmizə dəvət etmişik. İkitərəfli görüşümüzü təşkil etmək üçün bəzi addımlar atmaq istəyirik", - deyə o, qeyd edib.Ərdoğanın sözlərinə görə, o, Rusiya Federasiyasının prezidenti ilə ikitərəfli münasibətləri müzakirə etmək istəyir.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin qaza görə İrana borcu yoxdur - Ərdoğanın BƏYANATI


Türkiyə prezidenti Ankaranın “hər iki tərəf istəsə” Rusiya və Ukrayna prezidentlərinin sülh mühitini bərpa etmək üçün onları qəbul etməyə hazır olduğunu bir daha vurğulayıb.

Keçən həftə Türkiyə liderinin sözçüsü İbrahim Kalın demişdi ki, Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasında “fikir ayrılığını həll etmək” üçün Türkiyəyə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO