Keçmiş sevgilisi qadın vəkili restoranda güllələdi – FOTO/VİDEO

Keçmiş sevgilisi qadın vəkili restoranda güllələdi – FOTO/VİDEO

Hazırda oxunan: Keçmiş sevgilisi qadın vəkili restoranda güllələdi – FOTO/VİDEO
54824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Tuzla şəhərində bir restoranda silahlı basqın nəticəsində öldürülən 29 yaşlı vəkil Dilarə Yıldızın sosial media hesabında təhdid dolu mesajları paylaşdığı məlum olub.

Bizim.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində Tuzla Cami Məhəlləsindəki bir restoranda baş verib.

İddialara görə, 29 yaşlı vəkil Dilarə Yıldız keçmiş nişanlısı 29 yaşlı Oktay Dönmez ilə restoranda oturubmuş.

Müzakirə zamanı Dönmez tapança ilə Dilarə Yıldıza dəfələrlə atəş açıb. Hadisə yerində həyatını itirən Dilarə Yıldızın meyiti aparılan müayinələrdən sonra məhkəmə tibb müəssisəsinə təhvil verilib. Şübhəli şəxs isə hadisə yerinin yanındakı polis bölməsinə gedərək təslim olub.

Hadisədən əvvəl Oktay Dönmezin Dilarə Yıldıza təhdid mesajları göndərdiyi iddia edilib. O, Yıldıza “Bu həyatda çox vaxtın yoxdur” mesajını yazıb.

Mesajları sosial media hesabından paylaşan Yıldız "Üzr diləmək və buradan cavab vermək istəyirəm. Əvvəla, xarici nömrədən yazırsan və şikayət etsəm də tapa bilməyəcəyini düşünürsən. Rahat ol, səni necə tapacağımı öyrədəcəm”.

Bizim.Media

 

Keçmiş sevgilisi qadın vəkili restoranda güllələdi – FOTO/VİDEO - foto 1
Keçmiş sevgilisi qadın vəkili restoranda güllələdi – FOTO/VİDEO - foto 2
Keçmiş sevgilisi qadın vəkili restoranda güllələdi – FOTO/VİDEO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO