Türkiyənin 30 dəqiqə ərzində qurulan səhra XƏSTƏXANASI

Türkiyənin 30 dəqiqə ərzində qurulan səhra XƏSTƏXANASI

Hazırda oxunan: Türkiyənin 30 dəqiqə ərzində qurulan səhra XƏSTƏXANASI

54690

Türkiyənin Niğde vilayətində müdafiə müəssisəsində yaradılan səhra xəstəxanası Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və xaricdəki əməliyyatlarında istifadə olunacaq.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Türkiyə mətbuatında yer alıb.

Mənbə qeyd edir ki, sərt NATO standartlarına cavab verən xəstəxananın yerləşdirilməsi təxminən 30 dəqiqə çəkir.

Xəstəxanada 13 modul var: əməliyyat otağı, reanimasiya şöbəsi, rentgen sməntəqəsi, laboratoriya, aptek, stomatoloji məntəqə, sterilizasiya şöbəsi, vanna otağı, müşahidə postu.

Hidravlik dayaqlar sayəsində 2 generatorla təchiz olunmuş xəstəxana istənilən coğrafi şəraitdə yerləşdirilə bilər.

Müəssisənin Niğdedəki təchizat şöbəsinin müdiri, kapitan Dursun Özay “Anadolu” agentliyi ilə söhbətində zavodun 1963-cü ildən fəaliyyət göstərdiyini bildirib.

Onun sözlərinə görə, səhra xəstəxanası üçün konteynerlər telefon və internet infrastrukturu ilə təchiz olunub, rabitə və məlumat mübadiləsini təmin etmək mümkündür. Lazım gələrsə, xüsusi sistemlər sayəsində xəstəxananın ərazisi üç dəfə genişləndirilə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO