Almatıda bu saatlarda nə baş verir? – DETALLAR - VİDEO

Almatıda bu saatlarda nə baş verir? – DETALLAR - VİDEO

Hazırda oxunan: Almatıda bu saatlarda nə baş verir? – DETALLAR - VİDEO

54025

Almatıda asayişin bərqərar edilməsi üçün antiterror xüsusi əməliyyatı davam edir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Xəbər 24" dövlət kanalı yayıb.

Mənbə qeyd edir ki, Qazaxıstanda bütün maliyyə institutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Milli Bankın mətbuat katibi Oljas Ramazanov “Xəbər 24” telekanalının efirində belə deyib. 

"Yanvarın 6-dan bütün ikinci dərəcəli bankların və Qazaxıstan birjasının işi dayandırılacaq", - Ramazanov bildirib.

O vurğulayıb ki, bu barədə qərar Milli Bank və Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi tərəfindən internetin müvəqqəti sıradan çıxması nəzərə alınmaqla, eləcə də maliyyə qurumlarının əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

“Sputnik Qazaxıstan” yazır ki, hərbçilər zirehli transportyorlar və zirehli texnikalarla Almatı şəhərinin mərkəzində talançıları mühasirəyə götürüblər.

Meydanın mərkəzində toplaşan 200-ə yaxın etirazçıların bəzilərinin odlu silahı var. Müxbirin sözlərinə görə, 10 dəfə atəş açılıb, lakin atəş açan təhlükəsizlik qüvvələri olmayıb. 
 

Hazırda isə hərbçilər mülki insanları 100 metr geri çəkilməyə məcbur edib, bundan sonra şiddətli atışma başlayıb.

Meydanın ətrafı tamamilə hərbçilərin nəzarətindədir. Onlar cinayətkarların akimliyə və ya prezident iqamətgahına keçməsinin qarşısını almaq üçün əlverişli mövqelər tutublar.

Əfqan döyüşçüləri Almatıda ictimai asayişi təmin etmək üçün xalq dəstələri yaratmaq niyyətindədirlər. Bu barədə Sputnik-in Qazaxıstan müxbirinə veteranlar təşkilatı assosiasiyasının nümayəndəsi məlumat verib.

“Sputnik Qazaxıstan” qeyd edir ki, Almatıda Respublika meydanına duman çöküb. Meydanda nə baş verdiyini görmək olmur, lakin təkbətək atışmalar davam edir.

Jurnalistləri və insanları hərbçilər təxminən 100 metr kənara itələyiblər.

 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO