Ölü gəzdirən ruhum!

Ölü gəzdirən ruhum!

Hazırda oxunan: Ölü gəzdirən ruhum!

53454
Tanınmış şair-publisist Heydər Oğuzun yazdığı yeni şeiri Moderator.az oxucularına təqdim edirik:






Qəbir-yer üzündəki
Bir cəhənnəm xəndəyi,
O belə layiq bilməz
Özünə hər cəmdəyi.

Ən murdar çirkabları
Udan dənizlər belə
Dalğasıyla cəsədi
İtələyər sahilə.

Düşünsən, bu hikmətdə
Vardır, əlbət, bir nədən;
Bəlkə də ən pis varlıq 
Cansız bədəndir, bədən.

Nəsib olmaz ölüyə
Cansız bədən yalnızca.
Ölünü ölü etməz
Bəyaz kəfən yalnızca.

Ölü var, torpaq altda 
Ağlar xeyli diriyə.
Ölü var, yeyib-içər,
Ölü də var, yeriyər.

Gəlməsə də üstündən
Cəsədin pis qoxusu,
Ölü cana çevirər
İnsanı can qorxusu.

Gəzəmmirsən, ey nəfsim,
El içində başıdik,
Ayaq altda qalmısan
Ölüdən nəyin əskik?!

Başına min iş gəlir,
Çıxmır amma səsin də.
Durmadan danışırsan
Sən ölüm ləhcəsində.


 Zülm önündə sükutun
Özü ölü dilidir.
Əbədiyyən susan kəs
Çünki yalnız ölüdür.


Nimdaş dontək geymisən
Ölü canı əyninə.
Ölü gəzdirən ruhum!
Dünya deyil eyninə.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO