ABŞ-ın kəşfiyyat təyyarəsi Ermənistan-Azərbaycan sərhədi yaxınlığında aşkarlandı - FOTO

ABŞ-ın kəşfiyyat təyyarəsi Ermənistan-Azərbaycan sərhədi yaxınlığında aşkarlandı - FOTO

Hazırda oxunan: ABŞ-ın kəşfiyyat təyyarəsi Ermənistan-Azərbaycan sərhədi yaxınlığında aşkarlandı - FOTO

49196

Qara dəniz üzərində HOMER79 çağırış nişanlı Amerika kəşfiyyat təyyarəsi görünüb. 

Bizim.Media-nın PlaneRadar sisteminə istinadən verdiyi məlumata görə, təyyarə Krım sahilləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirirmiş.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin Boeing RC-135V Rivet Joint təyyarəsi Krit adasındakı bazadan səmaya qalxaraq Rusiya sərhədində, Qara dəniz bölgəsindəki vəziyyəti araşdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ kəşfiyyatı: “UNO-lar milli təhlükəsizliyə problem yaradır” - HESABAT 


O, Rusiyanın Qara dəniz sərhədi yaxınlığında uçduqdan sonra Ermənistan və Azərbaycan sərhədi boyunca kəşfiyyat uçuşuna çıxıb, daha sonra Gürcüstanın hava sərhədini keçib.

Xatırladaq ki, dekabrın 3-də Təl-Əviv-Moskva marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi Amerika kəşfiyyat təyyarəsi ilə yaxınlaşmamaq üçün Qara dəniz üzərində istiqaməti dəyişməli olub. Bu məlumatı Federal Hava Nəqliyyatı Agentliyi təsdiqləyib. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO