İraq kürdləri referendum tələb edir ”“ Kərkükə daha bir təhlükə...

İraq kürdləri referendum tələb edir ”“ Kərkükə daha bir təhlükə...

Hazırda oxunan: İraq kürdləri referendum tələb edir ”“ Kərkükə daha bir təhlükə...
48199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən həftə İraqın Kərkük, Naynava və Diyala əyalətlərini İŞİD terrorçularından müdafiə adı ilə zəbt edən kürd pəşmərgələri bu əraziləri tərk eləməkdən imtina edirlər. 

Moderator.az xəbər verir ki, Musavat.com-un xarici qaynağa istinadən veridyi məlumata görə, onlar ölkə konstitusiyasının 140-cı maddəsini əsas götürərək sözügedən üç əyalətdə referendum keçirilməsini və bu ərazilərin “Kürdüstan muxtariyyəti”nə birləşdirilməsini tələb edirlər. Söhbət həm də kürdlərin çoxluq təşkil elədiyi Salaheddin bölgəsindən gedir. 

Göründüyü kimi, türkmənlərin (azərbaycanlıların) məskunlaşdığı ərazilər üçün daha bir təhlükə yaranıb ”“ zorla “kürd muxtariyyəti”nin tərkibinə daxil edilmək. 

“Kürd regionları”nda referendum keçirilməsini nəzərdə tutan İraqın mövcud konstitusiyası Səddam Hüseyn rejimi devrildikdən sonra ABŞ-ın iştirakı ilə hazırlanıb. Öncələr baş nazir Nuri əl-Maliki 140-cı maddənin tətbiqinə mane olub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO