Qərargah rəisinin istefası tələb edilir

Qərargah rəisinin istefası tələb edilir

Hazırda oxunan: Qərargah rəisinin istefası tələb edilir
47742
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu general Necdət Özəlin istefa verməsini tələb edib. 
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb  Diyarbəkir 2-ci Hava Qüvvələri komandanlığında Türkiyə bayrağının bir etirazçı tərəfindən endirilməsi olub. 
Dövlət bayrağının millətin şərəfi olduğunu deyən Baxçalı deyib ki, bayrağa uzadılan hər bir əl mütləq geri çevrilməlidir. MHP lideri bayrağın endirilməsi ilə əlaqədar Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisini istefa verməyə çağırıb.
Xatırladaq ki, Diyarbəkir 2-ci Hava Qüvvələri komandanlığında dövlət bayrağı bir etirazçı tərəfindən endirilmişdi. Hadisə ölkədə kəskin etirazlara səbəb olub. Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb. Hərbi hissənin təhlükəsizlik xidmətinin iki əməkdaşı həbs edilib. Bayrağın endirilməsinə baş nazir Rəcəb Tayyib Ərdoğan da etiraz edərək bildirib ki, bu, təxribat xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO