Ukraynalı jurnalist Dmitri Qordonu da Gürcüstana buraxmadılar - FOTO

Hazırda oxunan: Ukraynalı jurnalist Dmitri Qordonu da Gürcüstana buraxmadılar - FOTO

43509

Ukraynalı jurnalist Dmitri Qordon heç bir səbəb olmadan Gürcüstana buraxılmayıb və deportasiya edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.

Mənbə yazır ki, bundan əvvəl Mixail Saakaşvilinin ukraynalı vəkili Yevgeni Qruşovetsin də Gürcüstana girişinə icazə verilməyib.

O, Ukraynanın ictimai müdafiəçisi Lyudmila Denisova ilə bir gün əvvəl Tbilisiyə uçmuşdu. 
 

"Məni Tbilisi hava limanında Gürcüstana buraxmadılar. Səbəbini açıqlamadılar”. Qruşovets bu haqda özünün Facebook səhifəsində yazıb.


Stüardessaların sözlərinə görə, vəkilin pasportunu geri qayıtmaq üçün ekipaj komandirinə veriblər. Ukrayna ombudsmanı Lyudmila Denisova isə Saakaşvili ilə görüşmək üçün Rustavi şəhərindəki həbsxanaya daxil olub.

Həbsxanadan çıxdıqdan sonra Denisova belə açıqlama verib: “Aclıqdan əziyyət çəkən Saakaşvilini məcburən qidalandırmaq istəyirlər, ancaq Saakaşvili  bunun əleyhinədir”.

Lyudmila Denisova Gürcüstan Ədliyyə Nazirliyinin xüsusi penitensiar xidmətinə müraciət edərək Mixail Saakaşvilinin “VivaMedi” özəl klinikasına yerləşdirilməsini xahiş edib. Hakimiyyət isə onun həbsxana xəstəxanasına yerləşdirilməsində israrlıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO