Rəisini Ərdəbildə Azərbaycanı hədələyən imam qarşıladı - SƏFƏRİN DETALLARI 

Hazırda oxunan: Rəisini Ərdəbildə Azərbaycanı hədələyən imam qarşıladı - SƏFƏRİN DETALLARI 

0:00
0:00
42740

İran prezidenti İbrahim Rəisi Ərdəbil vilayətinə səfər edib. 

Bizim.Media xəbər verir ki, prezidenti hava limanında Xameneinin Ərdəbildəki təmsilçisi və cümə imamı Seyid Həsən Amili, vilayət başçısı Seyid Hamid Amili və digər yerli məsul şəxslər qarşılayıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın İSTERİKASI – “Hərbi təlimlər molla rejiminin psixoloji böhranını göstərir” – DETALLAR


Prezidentlə yanaşı bir sıra iranlı nazirlərin də Ərdəbilə səfər etdiyi deyilir. Onların müxtəlif bölgələrdə görüşlər keçirəcəyi gözlənilir. 

Bir müddət əvvəl Ərdəbil əyalətinin bir sıra millət vəkilləri və yerli məsul şəxsləri əyalətin əsas problemlərinin yol, dəmiryolu xətti layihəsinin tamamlanması, su çatışmazlığı və işsizlik olduğunu bildiriblər. 

Onlar Rəisinin Ərdəbilə səfərində bu problemlərin müzakirə olunacağını desələr də, bir sıra rəsmilər büdcə çatışmazlığına görə bu problemlərin həll olunacağına inanmır. 

Rəisinin bölgəyə səfərinin formal xarakter daşıdığı iddia olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO