Rusiyada dəhşətli faciə - 16 nəfər HƏLAK OLDU - FOTO-VİDEO

Rusiyada dəhşətli faciə - 16 nəfər HƏLAK OLDU - FOTO-VİDEO

Hazırda oxunan: Rusiyada dəhşətli faciə - 16 nəfər HƏLAK OLDU - FOTO-VİDEO
42729
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 15 nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib. Məlumatı Rusiya Səhiyyə Nazirliyi təsdiqləyib. 

Yanğının baş verdiyi ilk saatlarda hadisənin 7 nəfər qurbanı olduğu bildirilirdi. Polis, partlayış zamanı zavodda 17 işçinin olduğunu söyləyib. 

"Saat 8:00-da istehsalat avadanlığı işə salındıqda partlayış baş verib, nəticədə 150 kvadratmetr sahəsi olan bina uçub",- deyə məlumatda bildirirlir. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğına səbəb texnoloji prosesin pozulması olub. Saat 09:45 radələrində yanğın 160 kv.m sahədə lokallaşdırılıb. Əhali üçün heç bir təhlükə yoxdur. 

Qeyd edək ki, zavodun rəsmi saytında şirkətin altı il əvvəl müflis olduğu və 2017-ci ildən fəaliyyət göstərmədiyi göstərilir. Fövqəladə hallar xidmətinin məlumatına görə, sex partlayıcı maddələrin istehsalı və saxlanması və döyüş sursatlarının utilizasiyası ilə məşğul olan şirkətə məxsusdur. 

***

Rusiyanın Ryazan vilayətində zavodda yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.

FHN-in yerli idarəsi hadisə nəticəsində 7 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb. 9 nəfərin taleyi isə naməlumdur.

Yanğına texnoloji prosesin pozulmasının səbəb olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma başlanılıb. 

Bizim.Media

 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO