ABŞ-ın Luiziana şəhərində atışma: Ölən və yaralananlar var

Hazırda oxunan: ABŞ-ın Luiziana şəhərində atışma: Ölən və yaralananlar var

42032

ABŞ-ın Luiziana ştatındakı Grambling Universitetində baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı CNN telekanalı yayıb.

Mənbə yazır ki, Universitetin nümayəndəsi Tisha Arnoldun telekanala verdiyi məlumata görə, atəş səsləri bazar günü yerli vaxtla saat 01.15 -də (Bakı vaxtı ilə 10.15) eşidilib.

Bir neçə nəfər yaralanıb, onların dəqiq sayı dəqiqləşdirilməyib. Atışma nəticəsində bir nəfər ölüb. Onun tələbə olmadığı deyilir.
 

"Hadisə zamanı məzunların yığıncağı keçirilirdi ... Orada olanların hamısı sığınacağa göndərildi və universitet polisindən icazə alındıqdan sonra getməklərinə icazə verildi", deyə Universitetin rəsmisi bildirib.


Hücum edən şəxsin kimliyi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır. Universitet bazar ertəsi günü keçiriləcək dərslərini ləğv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO