Bill Qeytsin qızı müsəlman oğlanla evləndi - DETALLAR

Hazırda oxunan: Bill Qeytsin qızı müsəlman oğlanla evləndi - DETALLAR

42003

Amerikalı milyarder Bill Qeytsin böyük qızı, 25 yaşlı Jennifer ABŞ-da yaşayan misirli, peşəkar at sürən Niall Nassar ilə evlənib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İsrailin “Vesty.co.il” nəşri yayıb.

Mənbə yazır ki, tədbir qızın valideynləri - Bill və Melindanın boşanmasından 5 ay sonra baş tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Bill Qeyts seks alverinə görə tutulan cinayətkarla görüşüb? - ETİRAF - VİDEO


Toy iki gün davam edib. 15 oktyabr cümə günü ən yaxın qohumlarının iştirakı ilə müsəlman adətlərinə görə dini mərasim keçirilib. Şənbə günü  Nyu -Yorkdakı Qeyts ailəsinin villasına dəvət olunmuş qonaqlar ilə mərasim baş tutub.

Toya 300 nəfər dəvət edilib. Məşhur dizayner Vera Vong gəlin paltarı üzərində şəxsən çalışıb.

Toy tədbirlərinin təxmini dəyəri 2 milyon dollar olaraq qiymətləndirilir. Toy başlamazdan əvvəl Qeyts mülkünün ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
 

Gəlinin seçdiyi 30 yaşlı Niall Çikaqoda anadan olan və Küveytdə böyüyən misirlidir. Hansı ki, bu ölkədə valideynlərinin memarlıq şirkəti var. Gəncin Stanford Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi var.


O, peşəkar at sürəndir. 2020 Yay Olimpiya Oyunlarında iştirak edib, Misir üçün yarışıb və 24-cü olub. Bəy 10 yaşından at sürməklə məşğuldur. Bu ehtirası 2017-ci ildə tanış olduğu Jennifer Qeyts ilə bölüşür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO