ABŞ-dan yeni iqtisadi böhran ANONSU

Hazırda oxunan: ABŞ-dan yeni iqtisadi böhran ANONSU

39169

ABŞ Senatında Respublikaçılar hökumətin maliyyələşdirilməsi və dövlətin borc limitini artırılması üçün hazırlanan qanun layihəsinin əleyhinə çıxıblar. İndi Demokratlar yaxınlaşan iqtisadi fəlakətdən qaçmaq üçün daha çox çaba göstərməlidirlər.

Bizim.Media xəbər verir ki, ölkədə hökumətin maliyyələşdirilməsi oktyabrın 1-dək təsdiqlənməlidir.

Eləcə də milli borc limiti qaldırılmasa, ABŞ defolt riski yaşaya bilər. 

Demokratlar durumun milyonlarla ABŞ-lının iş yerinə mənfi təsirinin qarşısını almaq üçün bir sıra manevrlərdən keçməli olacaqlar.

Xatırladaq ki, bir qədər əvvəl ölkənin maliyyə naziri Cenet Yellen bildirmişdi ki, ABŞ-da defolt baş verərsə, bu tarixi iqtisadi böhrana səbəb ola bilər. 

Onu da qeyd edək ki, 1960-cı ildən bəri ölkədə borc limitini 80 dəfə artırılıb.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO