Uyğur Türkləri Torontoda tarixi kilsəni aldı - Məscidə çevirdilər - FOTO

Uyğur Türkləri Torontoda tarixi kilsəni aldı - Məscidə çevirdilər - FOTO

Hazırda oxunan: Uyğur Türkləri Torontoda tarixi kilsəni aldı - Məscidə çevirdilər - FOTO
38844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Toronto və ətrafında yaşayan Uyğur türkləri tarixi kilsəni alıb məscidə çeviriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Anadolu" agentliyi yayıb.

“Maunt Karmel” kilsəsi 1873-cü ildə inşa edilib. Uyğurlar kilsəni Kanada Uyğur Türklərinin İslam və Mədəniyyət Mərkəzi adlandırılan məscidə çeviriblər.

Kanada Türk Uyğurları Dərnəyinin Baş katibi İtibar Artiş “Anadolu”ya verdiyi açıqlamada, kilsənin nəinki məscid, həm də bir cəmiyyət mərkəzi olaraq fəaliyyət göstərəcəyini söyləyib.

O, Toronto və ətrafındakı Uyğur türklərinin uzun müddətdir dua edə biləcəyi və ictimai tədbirlər keçirə biləcəyi bir mərkəzə ehtiyacı olduğunu söyləyib.

"Burada eyni zamanda namaz qılacaq və uşaqlarımıza, xüsusən də Quranı öyrədəcəyik. Yeni nəslin Qərb mədəniyyətini mənimsəməsinin qarşısını almaq və əksinə, Şərqi Türküstanın zəngin ənənələri, adətləri və mədəniyyəti ilə tanış etmək üçün belə bir yerə ehtiyacımız var idi”, deyə o, qeyd edib.

Kilsənin son keşişi Robin Vilki də açılış mərasiminə qatılıb. O, iİllərdir ibadət yeri olan binanın bu gün yenə inananları, hətta başqa bir dinin tərəfdarlarını qəbul etməsindən məmnunluq duyduğunu bildirib.

Vilki Çinin Uyğur Türklərinə qarşı tətbiq etdiyi təzyiq və məhv siyasətlərini qəbuledilməz adlandırıb:

"Uşaqların zorla ailələrindən ayrıldıqlarını və internat məktəblərinə göndərildiyini eşitdim”.

Rəsmi mərasimdən sonra qonaqlara milli uyğur yeməkləri verilib.

Kilsə binası 610 min Kanada dollarına alınıb, məscid tezliklə namaz qılmaq üçün açıq olacaq.

Bizim.Media


Uyğur Türkləri Torontoda tarixi kilsəni aldı - Məscidə çevirdilər - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO