
- A-
- A
- A+
Əfqanıstanda terrorla mübarizə müzakirə edildi
G7 liderlərinin virtual görüşündə Əfqanıstanla bağlı müzakirələr aparılıb.
Bizim.Media xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən sonra bildirib ki, virtual toplantıda Əfqanıstandan təxliyənin koordinasiyası və terrorçuların ölkəyə qayıtmasının qarşısının alınması məsələləri müzakirə edilib.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstandakı qüvvələr KİMİN əlinə oynayır? - "Şimal alyansı" Talibana qarşı
"G7 liderləri ilə Əfqanıstan mövzusunda mühüm bir müzakirə oldu. NATO təxliyəni təmin etmək üçün koordinasiyasını davam etdirir.
Terror qruplarının Əfqanıstanda sərbəst şəkildə fəaliyyətinin qarşısını almalıyıq", - Stoltenberq deyib.
Avropa Şurasının rəhbəri isə görüşdə bildirib ki, G7 koalisiya dövlətlərinin vətəndaşlarının Əfqanıstandan tamamilə çıxarılmasına üstünlük verir və "Taliban"ı hava limanına girişi təmin etməyə çağırır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































