Ərdoğan Consonla telefonla danışdı

Ərdoğan Consonla telefonla danışdı

Hazırda oxunan: Ərdoğan Consonla telefonla danışdı
0:00
0:00
33811
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, danışıq əsnasında ikitərəfli münasibətlər, bölgəsəl və miqrasiya məsələləri, eləcə də Əfqanıstanda baş verən son hadisələr müzakirə olunub.

Ölkəsinin Əfqanıstanda hazırki mövqeyinin prioriteti öz vətəndaşlarının bu ölkədən təxliyəsi olduğunu qeyd edən Türkiyə Prezidenti, bu prosesinin Kabil hava limanında əlverişli vəziyyət yarandıqca davam etdiriləcəyini bildirib.

Prezident Ərdoğan əfqan xalqına qonşu dövlətlərdən də yardım edilməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, Əfqanıstanda yaranan mövcud vəziyyət səbəbindən yeni köç dalğasının qlobal böhrana çevrilməsinin qarşısının alınması üçün başda Avropa İttifaqı ölkələri olmaqla hər kəs məsuliyyət daşımalı və beynəlxalq birlik bu mövzuda birləşməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO