Rüşvət alan sabiq nazir edam ediləcək

Rüşvət alan sabiq nazir edam ediləcək

Hazırda oxunan: Rüşvət alan sabiq nazir edam ediləcək
272876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin keçmiş kənd təsərrüfatı naziri Tan Jentszyan rüşvətxorluğa görə iki il möhlət verilməklə edam cəzasına məhkum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qərar Çinin şimal-şərqindəki Jilin əyalətinin Çançun şəhərinin Xalq Məhkəməsi tərəfindən verilib.

Tan ömürlük siyasi hüquqlardan məhrum edilib. Onun bütün şəxsi əmlakı, eləcə də hər hansı qanunsuz gəliri dövlət tərəfindən müsadirə olunacaq.

Müəyyən edilib ki, sabiq nazir 2007-2024-cü illərdə həm mərkəzi, həm də yerli səviyyələrdə müxtəlif vəzifələrdə çalışaraq, təşkilatlara və şəxslərə biznes əməliyyatları, müqavilələr, kadr siyasəti kimi məsələlərdə köməklik göstərmək müqabilində rüşvət alıb. Rüşvətlərin ümumi məbləği 268 milyon yuanı (təxminən 38 milyon dollar) ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO