"Ruslar artıq “oyanıb” reallığı qəbul etməlidirlər"

"Ruslar artıq “oyanıb” reallığı qəbul etməlidirlər"

Hazırda oxunan: "Ruslar artıq “oyanıb” reallığı qəbul etməlidirlər"
272856
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskva son həftələrdə Ukrayna tərəfi ilə ikitərəfli, eləcə də ABŞ Prezidenti Donald Tramp və digər amerikalı rəsmilərin iştirakı ilə üçtərəfli görüşlərdən imtina edib.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

Cey Di Vens deyib ki, Moskva son həftələrdə Ukrayna tərəfi ilə ikitərəfli, eləcə də ABŞ prezidenti Donald Tramp və digər amerikalı rəsmilərin iştirakı ilə üçtərəfli görüşlərdən imtina edib. "Son həftələr onlar ukraynalılarla ikitərəfli, habelə Tramp və digər amerikalı rəsmilərin iştirakı ilə üçtərəfli görüşlərdən imtina etdilər".

O əlavə edib ki, ABŞ sülh naminə fəaliyyətini davam etdirəcək və ümid edir ki, ruslar artıq "oyanacaq" və reallığı qəbul edəcək.

Qeyd edək ki, sentyabrın 25-də prezident Donald Tramp Ukraynadakı müharibənin bitməsinin vaxtının çatdığını bildirib və bir daha Moskvaya çağırış edib. O, Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu vurğulayaraq, "düşünürəm ki, artıq dayanmağın vaxtıdır" deyib.

Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Rusiyanı "kağız pələng" adlandırıb, Ukraynanın isə yaxşı müqavimət göstərdiyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO