
- A-
- A
- A+
Dünya
08:22 / 07.09.2025
1 dəq oxunma
Supermarketin damı çökdü - 4 nəfər xəsarət aldı
Hazırda oxunan: Supermarketin damı çökdü - 4 nəfər xəsarət aldı
269097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Almaniyanın Baden-Vürttemberq əyalətindəki Lauxrinqen şəhərində supermarketin dam örtüyünün çökməsi nəticəsində dörd nəfər xəsarət alıb.
Bizim.Media yerli mediaya istinadla xəbər verir ki, xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralılların şəxsiyyəti və hadisənin başvermə səbəbləri barədə məlumat verilməyib.
Hadisə zamanı supermarketdə müştəri və işçilər də daxil olmaqla 26 nəfər olub. Qəzadan dərhal sonra hadisə yerinə təhlükəsizlik və xilasetmə qüvvələri, təcili yardım briqadaları, o cümlədən helikopter cəlb olunub və insanlar dərhal təxliyə edilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün

































































































