İdmançı qızlar hava limanında ətir OĞURLADI

İdmançı qızlar hava limanında ətir OĞURLADI

Hazırda oxunan: İdmançı qızlar hava limanında ətir OĞURLADI
267922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyalı üzgüçülər Kiara Tarantino və Benedetta Pilato Sinqapur hava limanında ətir oğurluğunda şübhəli bilinərək saxlanılıblar.

Bizim.Media xarici mediaya istinadən bildirir ki, avqustun 15-də idmançılar dünya çempionatı və Balidə istirahətdən sonra vətənə qayıdırmışlar. Lakin təyyarəyə minməzdən əvvəl polis onları saxlayıb.
 

Tarantino və Pilato mağazadan ödəniş etmədən parfümeriya çıxarmaqda ittiham olunublar. Videomüşahidə kamerasının görüntülərində Tarantinonun malları Pilatonun çantasına qoyduğu görünür.


İtaliyanın Sinqapur səfirliyinin müdaxiləsi sayəsində vəziyyət həll olunub: idmançılara sənədləri qaytarılıb və onları sadəcə xəbərdarlıq etməklə evlərinə buraxıblar.

Qeyd edək ki, Tarantino 2021-ci ildə Avropa çempionatında estafet üzrə bürünc medal qazanıb. Pilato isə həmin ildə 50 metr brassda Avropa çempionu olub. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO