Türkiyəli təqaüdçünün qeyri-adi kolleksiyası – FOTO

Türkiyəli təqaüdçünün qeyri-adi kolleksiyası – FOTO

Hazırda oxunan: Türkiyəli təqaüdçünün qeyri-adi kolleksiyası – FOTO
267827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İzmirli təqaüdçü mühəndis Ünal Çınar 1886-cı ildən bu günə qədər istehsal olunmuş təxminən 3 min kolonya şüşəsi kolleksiyası yaradıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 25 il əvvəl dostundan hədiyyə aldığı bir kolonya şüşəsi ilə kolleksiyaçılığa başlayan Çınarın hazırda 160-dan çox müxtəlif kolonya növü var. O, nadir nümunələri illər ərzində şəhər-şəhər gəzərək antik mallar satılan bazarlarından toplayıb.
 

69 yaşlı Çınarın kolleksiyasında İzmirin “altın damla”sı, Balıkəsirin “ağ zanbaq” və “çam” kolonyaları, Düzcənin “tütün” kolonyası ilə yanaşı, gəmi və at arabası fiqurlu şüşələr də mövcuddur.


Ən qədim nümunəsi 1886-cı ilə aid lavanda kolonyasıdır. Onun sözlərinə görə, dünyada yalnız 3 ədəd qalmış xüsusi Atatürk kolonyası qutusu da kolleksiyasında yer alır.

Ünal Çınar illərlə topladığı bu kolleksiyanı gələcəkdə muzeydə sərgiləməyi arzulayır.

Türkiyəli təqaüdçünün qeyri-adi kolleksiyası – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO