Çin avtomobillərində gözlənilməz təhlükə AŞKARLANDI

Çin avtomobillərində gözlənilməz təhlükə AŞKARLANDI

Hazırda oxunan: Çin avtomobillərində gözlənilməz təhlükə AŞKARLANDI
265092
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Perm Politexnik Universitetinin alimləri məşhur Çin hibrid avtomobillərindən birində ölçmə aparıblar və müəyyən ediblər ki, salonda elektromaqnit şüalanmasının səviyyəsi mövcud normaları 8 dəfə üstələyir.

Bizim.Media xəbər verir ki, bu barədə təhsil ocağının Mətbuat Xidməti məlumat verib.

Daxiliyanma mühərriki olan avtomobillərdən fərqli olaraq, hibridlərdə elektrik mühərriki, litium-ion batareyası və çeviricilər demək olar ki, daim gərgin elektromaqnit sahələr yaradır.
 

Ən yüksək göstəricilər sürətlənmə zamanı qeydə alınıb - məqbul 25-40 əvəzinə 200 V/m. Əyləc zamanı elektomaqnit səviyyəsi 50-100 V/m olub. Avtomobil hərəkətsiz olduqda isə göstəricilər norma diapazona qayıdıb.


Ekspertlərin fikrincə, bu cür elektromaqnit şüalara uzun müddət məruz qalma kumulyativ təsir göstərə bilər və nevroloji pozğunluqlara, depressiyaya, xərçəngə səbəb ola bilər.(Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO