Ukrayna rus dilinin qorunmasından imtina edəcək

Ukrayna rus dilinin qorunmasından imtina edəcək

Hazırda oxunan: Ukrayna rus dilinin qorunmasından imtina edəcək
264703
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rus dili Avropa Xartiyası ilə qorunan dillər siyahısından çıxarılmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkili Yelena İvanovskaya bildirib.

Müvəkkil hətta Ombudsman Aparatının sosial platformadakı səhifəsində də, bununla bağlı paylaşım edib:
 

“Rus dilinin bizim müdafiəmizə ehtiyacı yoxdur. Krım tatarları və karaitlər rus dilini müdafiə etsələr, bu daha paradoksaldır”, -deyə İvanovskaya təklif edib.


Ombudsmanın sözlərinə görə, 2021-ci ildə Ukrayna Konstitusiya Məhkəməsi hakimiyyət orqanlarına bu barədə mətnin tərcüməsində qeyri-müəyyənlikləri aradan qaldırmağı tapşırıb, lakin lazımi dəyişikliklər həyata keçirilməyib.
 

Qeyd edək ki, bundan əvvəl də Ukraynanın Dövlət Dilinin Müdafiəsi üzrə Ombudsmanı rus dilinin ölkə konstitusiyasından çıxarılmasını tələb edib.


Onun sözlərinə görə, qanunvericilikdə simvolik bərabərsizliyi aradan qaldırmaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO