Çin Aya sınaq uçuşunu başa çatdırdı - İçərisində insan olub

Çin Aya sınaq uçuşunu başa çatdırdı - İçərisində insan olub

Hazırda oxunan: Çin Aya sınaq uçuşunu başa çatdırdı - İçərisində insan olub
263935
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin içərisində insan olan ilk Aya eniş aparatının sınaq uçuşunu uğurla başa çatdırdığını açıqlayıb.

Bizim.Media Çinin xəbər agentliyinə istinadla xəbər verir ki, sınaq ölkənin şimalındakı Hebey əyalətinin Huailai qraflığında yerləşən meydançada həyata keçirilib.

Məlumata görə, bu uğurlu sınaq Çinin müvafiq proqramında mühüm mərhələni təşkil edir.

Bu, ölkənin ilk dəfə olaraq içərisində insan olan kosmik gəmisinin Ay səthinə enməsi və oradan qalxması imkanlarını sınaqdan keçirməsidir.
 

“Lanyue” adlı eniş aparatı iki hissədən - eniş və hərəkət modulundan ibarətdir. Yeni nəsil kosmik gəmi iki taykonavtı Ayın səthinə daşımaq və qaytarmaq üçün nəzərdə tutulub. Eyni zamanda, Ay səthinə bir rover və digər elmi avadanlıqlar da aparılacaq. Enişdən sonra aparat taykonavtlar üçün həyat dəstəyi, enerji təminatı və məlumat ötürülməsi funksiyalarını yerinə yetirəcək.


Bu, onların Ay səthində qalmaları və elmi fəaliyyətləri üçün baza rolunu oynayacaq. Bildirilib ki, bu sınaq texniki baxımdan mürəkkəb və uzunmüddətli olsa da, uğurla həyata keçirilməsi Çin üçün əhəmiyyətli texnoloji irəliləyiş hesab edilir.

Çin elmi tədqiqatlar aparmaq məqsədilə 2030-cu ilə qədər astronavtlarını Ayın səthinə endirməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO