SORĞU: 10 ildən sonra Ukrayna dağılmış vəziyyətdə olacaq

SORĞU: 10 ildən sonra Ukrayna dağılmış vəziyyətdə olacaq

Hazırda oxunan: SORĞU: 10 ildən sonra Ukrayna dağılmış vəziyyətdə olacaq
258807
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni sosioloji araşdırmaya görə, ukraynalılar arasında həmrəylik hissi bir qədər güclənsə də, gələcəyə nikbin baxışı getdikcə azalıb.

Bizim.Media xəbər verir ki, bu fikir Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) “Ukrayinskaya Pravda”ya təqdim etdiyi sorğunun nəticələrində yer alıb.

Demək olar ki, hər iki ukraynalıdan biri ölkənin 10 ildən sonra dağılmış iqtisadiyyata və geniş miqyaslı əhali axınına məruz qalacağını düşünür.
 

KBSİ-nin icraçı direktoru Anton Qruşetskinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın sərt çıxışından (Ukraynaya dəstəyin zəiflədilməsi və Rusiya ilə bağlı ritorikanın dəyişməsi) sonra ukraynalılar arasında mənəvi-psixoloji zəifləmənin gözlənildiyi halda əhalinin əksəriyyəti müharibənin təslimiyyət xarakteri daşıyan şərtlərlə başa çatmasına qarşıdır.


Qruşetski qeyd edib ki, sorğu həm də vətəndaşlar arasında milli həmrəyliyin artdığını göstərib. Respondentlərin təxminən 60%-i “Ukrayna parçalanmaqdan daha çox birləşməyə doğru gedir” fikri ilə razılaşıb.

SORĞU: 10 ildən sonra Ukrayna dağılmış vəziyyətdə olacaq - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO