Yeni Ceyms Bond qadın ola bilər

Yeni Ceyms Bond qadın ola bilər

Hazırda oxunan: Yeni Ceyms Bond qadın ola bilər
256753
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur aktyor Daniel Qreyq James Bond personajı ilə vidalaşdıqdan sonra növbəti 007-nin kim olacağı müzakirə olunur.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yeni Ceyms Bondu kişilərin arasında axtararkən davam edərkən, təəccüblü bir irəliləyiş oldu. Yeni Bondun qadın ola biləcəyi ilə bağlı iddialar var.

Digər tərəfdən, yeni Bond-un kim olacağı ilə bağlı fərziyyələr davam edir. Daha əvvəl adı gündəmdə olan Aron Taylor-Consona Bond rolu təklif edildiyi məlum olub. Bundan başqa, Sillian Merfi, Teo Ceyms, İdris Elba, Coş O’Konnor, Conatan Beyli, Reje-Cin Peyc və Henri Qoldinq də namizədlər arasındadır.

Yeni Ceyms Bond qadın ola bilər - foto 1

Qeyd edək ki, Ceyms Bond film seriyasını idarə edən Barbara Brokkoli və Michael G. Vilson istefa verdikdən sonra serialın bütün nəzarəti Amazon MGM Studios-a verilib. Amazon MGM filmin rejissorunun “Ülgüc üzərində qaçış”, “Yetişmə”, “Dune” kimi filmləri ilə tanınan Denis Villeneuve olacağını açıqlayıb.


Ceyms Bond, yaxud Agent 007 yazıçı Yan Fleminqin əsərləri əsasında çəkilmiş filmlərdə ingilis casusu və qəhrəmanıdır. Fleminq bu personajı 1952-ci ildə yaradıb və ona aid çoxlu əsərlər yazıb. Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlanılıb. Ceyms Bond rolunda indiyədək 6 aktyor oynayıb.

Şon Konneri (1962–1967; 1971)

Corc Leyzenbi (1969)

Rocer Mur (1973–1985)

Timoti Dalton (1987–1989)

Pirs Brosnan (1995–2002)

Daniel Qreyq (2006-2015)

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO