Bu gün İspaniya La Liqasında “El-Klasiko” keçiriləcək

Bu gün İspaniya La Liqasında “El-Klasiko” keçiriləcək

Hazırda oxunan: Bu gün İspaniya La Liqasında “El-Klasiko” keçiriləcək
248715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün futbol üzrə İspaniya La Liqasında XXXV turun mərkəzi oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, əzəli rəqiblər – “Barselona” və “Real Madrid” prinsipial görüşdə üz-üzə gələcəklər. Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Hazırda Kataloniya təmsilçisi 79 xalla turnir cədvəlinə başçılıq edir. “Kral klubu” isə 75 xalla 2-ci pillədə qərarlaşıb. “Barselona” bu görüşdə qalib gəlsə, xal fərqi 7-yə yüksələcək. “Real Madrid”in qələbəsi isə fərqi minimuma endirəcək. Bu mənada, oyunun nəticəsi sona 4 tur qalmış böyük ölçüdə çempionluğun taleyini həll edəcək.

“El-Klasiko” öncəsi hər iki komandanın heyətində itkilər var. Meydan sahiblərində Mark Bernal, Jül Kunde və Pablo Torye, qonaqlarda isə David Alaba, Eduard Kamavinqa, Dani Karvahal, Eder Militau və Ferlan Mendi zədə səbəbindən oyunda iştirak etməyəcəklər. Madrid klubunun müdafiəçisi Antonio Rüdiger isə cəzalı olduğu üçün matçı buraxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO