Latviya Ukraynaya 1500 PUA göndərdi

Latviya Ukraynaya 1500 PUA göndərdi

Hazırda oxunan: Latviya Ukraynaya 1500 PUA göndərdi
246687
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Latviya Ukraynaya daha bir PUA partiyası göndərib. Yeni partiya 1500 pilotsuz uçuş aparatından ibarətdir.

Bizim.Media xəbər verir ki, Latviyanın müdafiə naziri Andris Spruds bu barədə özünün sosial media hesabında məlumat yazıb.

“Riqa Kiyevə daha 1500 döyüş PUA-sı göndərib. İlin birinci yarısında Latviyanın iki şirkəti pilotsuz uçuş aparatları koalisiyası çərçivəsində Ukraynanı 12 min PUA ilə təmin edəcək”, - deyə nazir bildirib.

Koalisiya 2024-cü ildə Ukraynanın ehtiyacları üçün PUA-ların hazırlanması və satın alınması məqsədilə Böyük Britaniya və Latviya tərəfindən qurulub. Oraya Avstraliya, Almaniya, Danimarka, Kanada, Litva, Hollandiya, Norveç, Polşa, Ukrayna, İsveç və Estoniya daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO