3200 hindu uşağını Kanada kilsəsi necə məhv edib? - AĞILALMAZ CİNAYƏT - FOTO

3200 hindu uşağını Kanada kilsəsi necə məhv edib? - AĞILALMAZ CİNAYƏT - FOTO

Hazırda oxunan: 3200 hindu uşağını Kanada kilsəsi necə məhv edib? - AĞILALMAZ CİNAYƏT - FOTO
24402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

May ayının sonunda Kanadanın qərbində kütləvi uşaq məzarlığı aşkar edilib.

Bizim.Media xarici mətbuta istinadən xəbər verir ki, 215 uşağın qalıqları Kamlups Yaşayış Məktəbinin ərazisində tapılıb.

Bu məktəb 1890-1978-ci illərdə mövcud olub və yerli xalqlar üçün “tərbiyə düşərgəsi” adlandırılıb. 

1960-cı illərin sonlarına qədər rezident məktəb Katolik Kilsəsi tərəfindən idarə olunub, daha sonra isə Kanada hökumətinin nəzarəti altına keçib.  Öldürülən uşaqlardan bəzilərinin cəmi 3 yaşı olub. Qazıntılar yerli hindu icmalarından birinin təşəbbüsü ilə həyata keçirilib.

Yerli hinduların bildirdiyinə görə, Kamlups internat məktəbi Kanadadakı ən böyük məktəb olub. O zamanlar yerli əhalinin uşaqları, Kanada cəmiyyətinə inteqrasiya etmək üçün zorla, internat məktəblərinə göndərildi.

BMT-nin insan hüquqları komitəsi Kanadadakı aborigen uşaqları üçün nəzərdə tutulan Kamlupsdakı xristian internatında baş verən hadisəni "dəhşətli cinayət" adlandırıblar.
Onlar Kanada və Vatikandan, hindu uşaqlarının qətli barədə təcili istintaq aparılmasını tələb edirlər.

Kanada Baş naziri Castin Trüdo isə çıxışında Katolik kilsəsinə qarşı ittihamlar səsləndirib. O, bu hadisədən “çox məyus olduğunu” və qurbanların ailələrinə təzminat ödəməsini tələb edib.

Statistikaya görə, 130 xristian məktəbinin 150 min şagirdindən ən az 3.2 mini döyülmə və xəstəlikdən ölüb. Kanadadakı bu məktəblərdən sonuncusu yalnız 1996-cı ildə bağlanıb.

Vüsalə Balayeva, Bizim.Media

3200 hindu uşağını Kanada kilsəsi necə məhv edib? - AĞILALMAZ CİNAYƏT - FOTO - foto 1
3200 hindu uşağını Kanada kilsəsi necə məhv edib? - AĞILALMAZ CİNAYƏT - FOTO - foto 2
3200 hindu uşağını Kanada kilsəsi necə məhv edib? - AĞILALMAZ CİNAYƏT - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO