Los-Ancelesdə yanğın törədən 3 nəfər həbs edildi

Los-Ancelesdə yanğın törədən 3 nəfər həbs edildi

Hazırda oxunan: Los-Ancelesdə yanğın törədən 3 nəfər həbs edildi
230111
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Kaliforniya ştatında artıq ikinci həftədir davam edən yanğınlar fonunda Los-Anceles dairə polisi üç nəfəri meşələri yandırmaqda şübhəli bilərək həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Los-Anceles dairəsinin polis rəisi Cim Makdonnel mətbuat konfransında bildirib.
 

"Bazar günü gecə Şimali Hollivudda zabitlərimiz alışqandan istifadə edərək yanğın törətməkdə şübhəli bilinən şəxslə bağlı zəngə cavab verdilər... Bazar ertəsi günü əlavə iki nəfər həbs edildi", - Makdonnell deyib.


Qeyd edək ki, yanvarın 7-də Los-Anceles dairəsində başlayan meşə yanğınları ştat tarixinin ən böyük yanğınları hesab olunur. Səlahiyyətlilərin məlumatına görə, yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Ən azı 24 nəfər həlak olub, məşhurların evləri də daxil olmaqla 12300-dən çox bina dağılıb.

Meteoroloqlar qeyd edirlər ki, küləkli hava yanğının sürətlə yayılmasına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO